Baş Prokurorluqdan Saakaşviliyə qarşı yeni ittihamlar

saakasviliSabiq prezidentin bankir Sandro Qirqvlianiyə qarşı törədilmiş cinayətdə günahkar olduğu bildirilir

Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşviliyə bankir Sandro Qirqvlianinin qətli ilə bağlı cinayət işi üzrə ittihamlar irəli sürüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, prokurorluğun bəyanatında Saakaşvilinin S. Qirqvlianiyə qarşı törədilmiş cinayətdə günahkar olduğu bildirilir.

“İnsan haqları üzrə Avropa Məhkəməsinin tövsiyələri əsasında aparılmış araşdırma zamanı törədilmiş cinayətin sistem xarakterli olduğu müəyyən edilib”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, ötən ay Gürcüstanın sabiq baş naziri Vano Merabişvili S. Qirqvlianinin qətli ilə bağlı cinayət işi üzrə 3 il həbs cəzası alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar