Ramil Usubov yeni rəis təyin etdi

1392639889_ramil-usuRəis İldırımzadənin bacısı oğludur

Azərbaycan daxil işlər naziri, nazir general-polkovnik Ramil Usubov yeni əmr imzalayıb.

ANS PRESS-in verdiyi məlumata görə, nazirin əmrilə Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəsi, polis polkovnik-leytenantı Zaur Şirinov işdən azad olunaraq Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinə rəis təyin olunub.

Nazirin digər əmrilə Yasamal rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Erol Əliyevin vəzifəsi artırılıb. E.Əliyev Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə rəis təyin edilib. DİN-in mətbuat xidməti faktı təsdiqləyib.

Milli.az-ın məlumatına görə, Erol Əliyev Xətai rayon prokuroru Yusif İldırımzadənin bacısı oğludur. İldırımzadənin özü isə Ramil Usubovun qudasıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar