"Leyla Yunus tibbi müayinələrdən imtina edir" - Rəsmi

“Leyla Yunusun səhhəti stabildir. Həkim nəzarətindədir və səhhətində hər hansı təhlükə yoxdur”.

Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov deyib.

İ. Qurbanov bildirib ki, L. Yunusun qaraciyəri ilə bağlı müayinələr aparılıb: “Aparılan müayinələr qaraciyərin funksiyasının normal olduğunu göstərir. Buna baxmayaraq iki-üç gündür Leyla xanıma yenə də tibbi xidmətlər və müayinələr təklif olunur. Lakin o, bundan imtina edir ” .

Qeyd edək ki, L. Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178-ci (Dələduzluq), 192-ci (Qanunsuz sahibkarlıq) və digər maddələr üzrə təqsirləndirilir. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan Bakı İstintaq Təcridxanasında saxlanılan L. Yunusun vəkilləri onun səhhətinin pisləşməsi barədə mətbuata açıqlamalar veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar