Bakıda polis rəisi qətlə yetirilib? - (Şok)

Bu dəqiqələrdə aldığımız məlumata görə Bakının Binəqədi rayonunda, Xocasən qəsəbəsi ərazisində 40-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Bədəlov xüsusi amansızlıqla bıçaqlanaraq qətlə yetirilib.

Məlumatı virtualaz.org saytına həmin qəsəbədə yaşayan və hadisənin şahidi olan sakinlərdən biri verib. Hazırda cinayətin baş verdiyi ərazi polis mühasirəsindədir, polis rəisinin kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Bizimyol.info saytının sorğusuna cavab olaraq bildirib ki, xəbər doğru deyil və belə hadisə baş verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar