"Demokratik Müsavat partiyası yaradacağıq" - İsa Qəmbərin qardaşı

“İsa bəy təcili sürətdə Qubad İbadoğlunu, Vurğun Əyyubu, Hikmət Hacızadəni, Ellada xanımı və digərlərini partiyaya dəvət edib Müsavat Partiyasındakı vəziyyətə yenidən baxmalıdır, ya da Ana Torpaq partiyasını Müsavatdan ayıracam və Qubad bəyin tərəfdarları ilə birlikdə Demokratik Müsavat Partiyasını yaradacağıq”.

Bu sözləri Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər hafta.az-a müsahibəsində deyib.

Rövşən Qəmbər daha sonra qeyd edib ki, bu addımları İsa Qəmbərə qarşı xəyanət kimi təqdim olunmamalıdır: “Biz Azərbaycan üçün, birlik üçün çalışırıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar