Putinin Türkiyə ziyarəti nə vəd edir?

1 dekabr tarixində Rusiya prezidenti Vladimir Putin Yüksək Əməkdaşlıq Şurasının beşinci toplantısında iştirak etmək məqsədi ilə Türkyəyə səfər edəcək. Pərdə arxasından yayılan məlumatlara əsasən, bu görüşdə ilk növbədə iqtisadi məsələlər müzakirə olunacaq. Lakin müzakirə ediləcək məsələlər içərisində Krım probleminin, Suriyadakı vəziyyətin, Kipr mövzusunun da yer alacağı bildirilir. Türkiyə ilə Rusiya arasındakı fikir ayrılığı Suriya rejiminə olan münasibətdə və Krımın ilhaqı ilə əlaqədar məsələrdə daha aydın görünür.

Ukrayna böhranına gəlincə isə, Türkiyə Rusiyanın Krım siyasətini açıq şəkildə tənqid edərək bildirib ki, Rusiyaya məxsus olan indiki Krım administrasiyasını tanımır. Qara dənizdəki geosiyasi balansın bu cür formada dəyişilməsi Türkiyəni narahat etməyə bilməz. Ankaranın etiraz mövqeyi Krım tatarlarının gələcəyi, regiondakı enerji təhlükəsizliyi, Türkiyə-Ukrayna münasibətlərinin əlverişli xarakteri və həmçinin müəyyən sosial-mədəni səbəblər üzərində qurulub. Ancaq Türkiyənin bu mövqeyi konkret hər hansı bir siyasi əsasda formalaşmayıb və zəif ritorika səviyyəsindən uzağa getmir. Elə ona görə də Türkiyənin bu məsələdəki mövqeyini onun Rusiya ilə münasibətinə antoqonist saymaq olmaz.

Türkiyəni daha çox maraqlandıran Cənuibi Qafqaz Rusiya üçün həqiqətən də çox mühüm bir region sayılır. Amma onun iqtisadiyyatı üçün qan damarlarından biri Ukraynadır. Rusiya iqtisadiyyatının əsas etibarıyla enerji sektoruna söykənməsi danılmaz faktdır və onun Qərb ölkələrinə axan qaz kəmərinin Ukraynadan keçməsi rusların həmin ölkəyə müdaxilə etməsinə səbəb olub. Qərb bloku və onun müttəfiqlərinin tərbiq etdikləri sanksiyalar Rusiyanı yaralasa da, hələlik onu sındıra bilməyib.

Bu ilin sentyabr ayında ABŞ və Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə hazır olduqlarını və iqtisadi siyasətlərini tədricən sərtləşdirəcəklərini bəyan ediblər. Belə bir vəziyyətdə Türkiyə Rusiya üçün mühüm əhəmiyyət daşıyan bir ölkəyə çevrilir. Çünki enerji məsələsində Türkiyə Rusiyanın bir nömrəli partnyorudur. Müəyyən mənada bu, Putində nəzərdə tutulan müddətdən əvvəl Rusiya və Türkiyə arasındakı mal mübadiləsinin ümumi dəyərinin 100 milyard dollardan artıq səviyyəyə qaldırmaq arzusunu da yaradıb. Qərbin sanksiya siyasəti Rusiyanın aqrar sektorunu da əhatə etdiyi üçün, yaxın zamanlarda türk kənd təsərrüfatı məhsulları istehsalçılarının üzü gülə bilər.

Bəs Yaxın Şərq məsələsi? Suriya böhranının həlli məsələsi təxirə salınsa da, bu problemlə əlaqədar hər iki ölkə arasında açıq fikir ayrılığı qalmaqda davam edir. Tükiyə Əsəd rejiminin sona çatmasını istəyir, lakin Rusiya isə “Azad Suriya Ordusu”-nu və bunun kimi digər birləşmələri qəbul etməyərək, Əsədə qarşı mülayim mövqe göstərir. Amma görünür İŞİD məsələsində tərəflər ümumi ortaq məxrəcə gələ biliblər.

Beləliklə də, Türkiyə-Rusiya münasibətləri yeni dövrə qədəm qoyur. Aparılacaq gələcək danışıqlarda hər iki tərəf diqqəti əsəs etibarıyla iqtisadi maraqlara doğru yönəldəcəklər.

“Uluslararası Politika Akademisi”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar