SƏFƏR ƏBİYEVƏ AĞIR SÖZLƏR - “Bir rus zabitinin arvadına sataşdığına görə..."

"Əminəm ki, Mehman Səlimov onun güdazına gedib”

Hərbi ekspert Yaşar Cəfərli sabiq müdafiə naziri Səfər Əbiyevin işdən çıxarılmasının Milli Şura ilə əlaqələndirilməsi barədə xəbərlərə sərt reaksiya verib. AzPolitika.info-nun məlumatına görə, o, bu barədə Feysbukda yazdığı statusunda Səfər Əbiyev barədə sərt ifadələr işlədib.

Sitat: “O ...... Səfər Əbiyev kimdir ki, Milli Şura kimi hörmətli bir təşkilatla əlaqə qursun və ya MŞ-nın güdazına getməsi bahanə edilsin? Səfər Əbiyev küçə adamı idi. Hələ Sovet dönəmində ...... etdiyi üçün yüksək vəzifədən çıxarılıb, hərbi kafedraya göndərilmişdi. Bir rus zabitinin arvadına sataşdığına görə həmin zabit onu ağıla batmayan səviyyəyədək alçaltmışdı. Frunze adına hərbi akademiyaya da fırıldaqçılıq və proteje yolu ilə daxil olmuşdu.”

Yaşar Cəfərli daha sonra Səfər Əbiyevin hansı yolla müdafiə naziri təyin olunmasına nail olduğundan yazır:“Vaxtilə polkovnik mundirində əlində cırıq setka küçələrdə veyillənirdi. Onun Baş Qərargaha gətirilməsi barədə ilk dəfə Nəcməddin Sadıkov təklif vermişdi. Daha sonra isə Rövşən Əkbərov onun haqqında Heydər Əliyevə müsbət fikirlər söyləmiş və yüksək vəzifəyə gətirilməsinə layiq olduğunu bildirmişdi. O iblis isə sonralar həm N.Sadıkova, həm də R.Əkbərova xəyanət etdi, onlara əlindən gələn pislikləri yapdı.”

Hərbi ekspert Səfər Əbiyevin Milli Şuranın güdazına getdiyi barədə iddiaları rədd edir:“Yazmayın ki, Səfər Əbiyev kiminsə güdazına getdi. Əksinə, o yaramazın güdazına xeyli adamlar gedib, gedir və bu proses xeyli uzanacaq. Xatırlayan varsa, mən bir dəfə yazmışdım ki, bu xəmir hələ çox su aparacaq. Əminəm ki, Mehman Səlimov da Səfərin güdazına gedənlərdən biridir. Amma bu da hələ son deyil.”

Vaqif NƏSİBOV

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar