“Ümidvaram ki, növbəti ildən QHT-ləri dövlət orqanları maliyyələşdirəcək”

“QHT qanunvericiliyinə dəyişikliyin (QHT və qrant qanunlarına dəyişikliklər qüvvəyə mindi) müəllifi mənəm. Çox təəssüf edirəm ki, Avropa təsisatları, ABŞ Dövlət Departamenti və digər beynəlxalq qurumlar məsələnin mahiyyətini öyrənmədən bəyanatlar verdilər”.

YAP-dan olan deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azadlıq” radiosuna belə deyib.

Komitə sədrinin sözlərinə görə, qanun layihəsində Avropa təsisatlarının da tələb etdiyi şəffaflıq öz əksini tapıb: “Bizim qanun layihəsinin iki məqamı vardı. Birincisi, donor təşkilatlarla qrant alan tərəf arasında mütləq müqavilə olmalıdır. Bu müqavilə qeydiyyatdan keçməlidir. Dövlət və donor təşkilatı, o cümlədən cəmiyyət bu prosesi şəffaf görməlidir. Hər kəs bilməlidir ki, vəsait nə məqsədlə ayrılır.

İkincisi, daha vacibi, bu qanun layihəsində dövlət orqanlarının üzərinə vəzifə qoyulur ki, vətəndaş cəmiyyətini sahələrə uyğun maliyyələşdirsinlər. Demokratik cəmiyyətdə vətəndaş cəmiyyətlərinin rolu böyükdür. Ancaq bunun üçün, əlbəttə, vəsait lazımdır. Ümidvaram ki, növbəti ildən QHT-ləri bütün sahələr – insan hüquqları, ekologiya, mədəniyyət və digərləri üzrə müvafiq dövlət orqanları maliyyələşdirəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar