AZAL “Dreamliner” gəmilərini bu marşrutda istifadə edəcək

“Azərbaycan Hava Yolları” “Boeing-787 Dreamliner” təyyarələrini Bakıya dekabr-yanvar aylarında gətirəcək.

“Azərbaycan Hava Yolları” prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, aviaşirkət təyyarə parkının yenilənməsinə mühüm əhəmiyyət verir. Bu proses davam etməkdədir. “Boeing-787 Dreamliner” təyyarələrinə gəldikdə, bu hava gəmilərinin Bakıya dekabr-yanvar aylarında gətirilməsi planlaşdırılır. Onlardan əsasən Bakı-Nyu York-Bakı marşrutunda istifadə olunacaq.

Qeyd edək ki, ən müasir hava gəmilərindən olan “Dreamliner” təyyarəsi sərnişin oturacaqlarının sayı 210-250, 250-290 və 290-330 yer olmaqla, üç modifikasiyada istehsal edilir. Modifikasiyadan asılı olaraq minimum uçuş məsafəsi 4 min 560 kilometr, maksimal məsafə isə 15 min 700 kilometrdir. Bu tipli hava gəmisi əvvəlki nəsil təyyarələrə nisbətən yanacağı 20 faiz qənaətlə işlədir.

Regionda, eyni zamanda, MDB məkanında yeni hava gəmilərinin sayına görə lider olan “Azərbaycan Hava Yolları”nın təyyarə parkı əsasən “Boeing-757”, “Boeing-767”, “Aerobus-319”, “Aerorbus-320”, “Aerobus-340”, “Embraer-170” və “Embraer-190” kimi müasir avialaynerlərdən ibarətdir. /AzərTAc

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar