Rəsul Quliyev yenidən rəqəmli proqnozlar verir - 300-150+AXCP=500

"Müsavat indiki vəziyyətində mitinqinə maksimum 300 insan çıxara bilər"

ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev Müsavat partiyasının mitinq keçirmək istəyini Moderator.az -a şərh edib. Eks-spiker iddia edib ki, bu mitinqə maksimum 300 nəfər qatıla bilər:

"Müsavat partiyası indiki vəziyyətində mitinqinə maksimum 300 insan çıxara bilər. Onların 150-si heç bir partiya üzvü deyildir, sadəcə mitinq azarkeşləridir. Həmin insanlar AXCP-nin mitinqlərində də iştirak edirlər. Milli Şura (yəni Xalq Cəbhəsi ) mitinqə qoşularsa, maksimum 600 iştirakçı ola bilər. Çünki XC öz mitinqlərinə 500 plyus 150 mitinq azarkeşləri çıxara bilir. Başqasının mitinqinə iki dəfə az adam təşkil edə bilər.

Fərqi yoxdur, insan haqları uğrunda atılmış istənilən addım təqdirə layiqdir. Ancaq 300 adamla mitinqə çıxardıb sonradan 10 minlərlə adam iştirak etdi demək biabırçılıqdır və bu gün müxalifətin olmaması səbəblərindən ən əsasıdır. Müxalifət mitinqlərdə iştirakın sayını saxtalaşdırmağın səviyyəsinə uyğun nüfuzunu 2003-cü ildən itirə-itirə gəlib və bu gün nəhayət tam ikrah mənbəyinə çevrilib. Çəkisi sıfıra bərabər olduğundan vurduğu ''zərbələri'' hökumət hiss etmir."

Qeyd edək ki, Rəsul Quliyevin Müsavatın gözlənilən mitinqi ilə bağlı rəqəmli proqnozları təəccüblü deyil. Ümumiyyətlə, R.Quliyev rəqəmlər üzərindən danışmağı, proqnoz verməyi sevən siyasətçilərdəndir. Yadınızdadırsa, o, uzun fasilədən sonra böyük iddialarla meydana atıldığı ötən prezident seçkisi ərəfəsində partiyasının 100 min nəfərlik mitinqlər keçirəcəyini elan etmişdi. Daha sonra Milli Şuranın Bibiheybətdə keçirdiyi mitinqə Rəsul Quliyevin lideri olduğu ACP-nin cəmi 100 nəfər çıxarması gülüş obyektinə çevrilmişdi.

Bu baxımdan, R.Quliyevin yenidən rəqəmlərin dili ilə danışması maraqlıdır. 

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar