Əvəz Zeynallının həyat yoldaşı: "O, əməliyyat olunmalıdır"

Evez-Zeynalli_Melahet-Zeynalli_131020697778“Xural” qəzetinin həbsdə olan redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallının ərinin səhhətinin pisləşdiyi haqqında bəyanatından sonra Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi məsələni nəzarəti altına götürüb.

10 saylı cəzaçəkmə müəssisəsinin tibbi hissəsində Ə.Zeynallı müayinə olunduqdan sonra onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi məqsədəuyğun hesab edilib, lakin o, bundan imtina edib, deyə redaktorun həyat yoldaşı bildirib.

Ə.Zeynallını Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsini otolarinqoloqu Rafiq Kazımov da müayinə edib. Dərman qəbul etməsinin zəruri olduğunu qeyd edən həkim müvafiq rəy hazırlayacağını bildirib.

Ümumi nəticə belədir ki, Ə.Zeynallının burun çəpərindən əməliyyata ehtiyacı var.

Həyat yoldaşı hesab edir ki, belə bir əməliyyat yalnız xarici ölkələrdən birində keçirilə bilər, lakin Zeynallı həbsdə olduğu üçün bu, mümkün deyil.

* Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də keçmiş deputat Gülər Əhmədovanın rüşvət tələb etmək haqqında ərizəsi əsasında həbs edilib və 9 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq hüquq müdafiə təşkilatları onu “vicdan məhbusu” kimi tanıyıblar. /contact.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar