Ermənistanda bahalaşma təlaşı: qiymətlər sürətlə qalxır

Ermənistanda dolların kursunun qalxması qiymətlərdə də özünü göstərməyə başlayıb.

Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, artıq bu gün bütün idxal edilən məhsulların qiyməti qalxıb.

Bazardakı satıcıların çoxu artıq öz mallarının qiymətini 500 dram artırıb. Digərləri isə bu addıma yaxın günlərdə qərar verəcəklərini və hətta 1000 dram qaldıracaqlarını bildiriblər.

Başqa bir qisim satıcı isə ehtiyat edir ki, qiymətlər bunca qalxandan sonra alıcı tapılmasın və “mal elə anbarlarda qalsın”. Hərgah, ümid edilir ki, Yeni il ərəfəsi olduğu üçün əhali istəsə də, istəməsə də nəsə almalı olacaq.

Problem ondadır ki, bahalaşma olmasa belə, indinin özündə Ermənistanda qiymətlər kifayət qədər yüksəkdir və kasıb əhalinin gəlirlərinə adekvat deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar