OPEC hasilatı azaltmadı - Neft 60 dollara qədər enə bilər

OPEC neft hasilatının miqdarını dəyişdirmədi

Avstriyanın paytaxtı Viyanada OPEC-in toplantısı başa çatdı.

Səudiyyə Ərəbistanının neft naziri neft istehsalının azaldılmayacağını söylədi.

Beləliklə, OPEC gündəlik 30 milyon barel olan neft hasilatı kvotasında dəyişikliyə getmədi.

Qərardan sonra Brent neftin qiyməti 2010-cu ilin Sentyabrdan bu yana ilk dəfə 75 dollardan da aşağı düşdü (74,52 dollar).

Neftin qiyməti bu ilin  İyun ayından bəri 30% aşağı düşüb. İyun ortasında neftin qiyməti 115 dollar səviyyəsində idi.

Yanvar ayı üçün vədələşilən WTI neftinin (ABŞ nefti) barelinin qiyməti isə 72.30 dollara düşübr.

Bu səviyyə 1 Sentyabr 2010-dan bu yana ən aşağı səviyyədir.

Mütəxəssislər hasilatın azaldılmaması vəziyyətində, Brent neftinin barelinin qiymətinin 60 dollara qədər enə biləcəyinə işarə ediblər. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar