Poroşenko: “Ukrayna federallaşmayacaq!..”

Petro PoroshenkoUkrayna prezidenti Pyotr Poroşenko bu gün yeni seçilmiş Ali Radanın ilk toplantısında iştirak və çıxış edib. Musavat.com-un Ulrayna KİV-ə istinadın verdiyi məlumata görə, prezident bir sıra mühüm tezislər səsləndirib.

Birincisi, Ukraynanın dövlət başçısı ölkənin federallaşmasını qəti şəkildə istisna edib. “Heç bir federallaşma olmayacaq! Bu, həm Şərqdən, həm də Qərbdən olan məsləhətçilərə cavabdır. Ukraynalıların konstitusion çoxluğu onu unitar ölkə kimi görmək istəyir”, - deyə prezident qeyd edib.

Bundan əlavə, Poroşenko yüksək rəhbər vəzifələrə xarici vətəndaşların da təyin edilməsini təklif edib, Ukrayna dilinin yeganə dövlət dili olmasının vacibliyini vurğulayıb, həqiqi məhkəmə islahatlarını, müxalifətin və ideoloji azlıqların fikrini nəzərə alınacağını vəd edib, habelə Ukraynanın indiyədək mövcud olan bloklardan kənar statusundan imtina kursu elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar