Hindistan-Pakistan sərhədində növbəti atışma: 10 ölü

Hindistanın Kəşmir əyalətində silahlılar və hərbçilər arasında baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, onlardan dördü dinc sakinlərdir.

APA-nın “Assoşieyted Press”-ə istinadən verdiyi xəbərə görə, Arniya rayonunda başlayan atışma 9 saat davam edib, yaxınlıqdakı kəndin əhalisi təxliyə edilib.

Qeyd edək ki, sentyabrın sonunda və oktyabrda Hindistan-Pakistan sərhədində yerləşən Arniya rayonunda baş vermiş atışma nəticəsində 20 nəfər ölüb, 100 nəfər yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar