Bakıda daha bir torpaq sürüşməsi - Video

Sabunçu qəsəbəsində bəzi evlər yerlə yeksan olub

Havanın yağmurlu keçməsi daha bir problemi qabardıb. Bəzi ərazilərdə sürüşmə təhlükəsi aktivləşib. Bu dəfə sürüşən Sabunçu qəsəbəsindəki torpaq olub ki, o da bir evi yerlə yeksan edib. Bir neçəsinin isə başının üstünü uçma təhlükəsi alıb.

ANS TV-nin məlumatına görə, Bakının Sabunçu rayonu, Sabunçi qəsəbəsi, 26 Bakı komissarı küçəsində torpaq sürüşməsi baş verib. Təşvişə düşən sakinlər dərhal evlərini tərk etməyə məcbur olub. Sakinlər deyir ki, bu cür hadisə artıq dəflərlə baş verir. Baş vermiş sürüşmə zamanı İradə Məmmədovaya məxsus fərdi evin yataq otağının divarı uçub. Ancaq bu uçquna səbəb kimi sakinlər burda dəmiryol xəttinin dəyişdirilməsilə əlaqədar yeni qazıntı işlərinin aparıldığını əsas gətirir. Evlərin yerləşdiyi ərazidə isə heç bir bənd bərkitmə işləri görülməyib.

Şikayətçi İradə Məmmədova, bir müddət əvvələ qonşunun divarının uçduğunu, indi isə öz yataq otağının divarının uçduğunu deyir.

Torpaq sürüşməsi zamanı bir neçə sakin məcbur olub yaşadaıqları evdən köçüb. Bəzi evlərin isə tamamilə uçaraq yerlə yeksan olduğunun şahidi olduq.

Problemlə əlaqədar üz tutduq Sabunçu Rayon İcra Hakimiyyətinə. Qurumun qəsəbə nümayəndəliyinin baş mühəndisi Arif Əmrahovla ilə əlaqə saxlaya bildik. O dedi ki, bununla bağlı quruma sakinlər tərəfindən müraciət olunmayıb. Amma həmin ərazidə yerləşən evlərin kanalzasiya xətti olmadığından çirkab suları evlərin arxasına yığılır və nəticədə torpaq sürüşməsi daha da aktivləşlir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətilə 82-ci ildə oranı qazaraq xətt çəkmək istiyiblər.

Elə biz də deyilənə uyğun olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov dedi ki, problemdən xəbardardırlar. Və bu ilk sürüşmə hadisəsi deyil. Yaxın vaxtlarda həmin ərazinin bərkidilməsi planlaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar