“Qarabağ”dan tarixi uğur - Video

"Qarabağ" Fransadan qələbəyə bərabər heç-heçə ilə qayıdır

Bu gün Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da növbəti sınağına çıxıb.

"Qarabağ" bu dəfə Sent-Etyendə Fransanın eyni adlı klubunun qonağı olub. Qarşılaşmada hesabı təmsilçimiz açsa da, meydan sahibləri buna dərhal cavab veriblər. Qalan dəqiqələrdə qol vurulmayınca, görüş sülhlə bitib.

Qrupun digər oyununda isə İtaliya "İnter"i Ukrayna "Dnepr"ini qəbul edib. Həmin oyunda da "Qarabağ"a sərf edən nəticə qeydə alınıb. Belə ki, italyanlar 2:1 hesabıyla üstün olublar.

27 noyabr, Avropa Liqasının qrup mərhələsi, V tur:

"Sent-Etyen" (Fransa) – "Qarabağ" (Azərbaycan) - 1:1

Qollar: Vüqar Nadirov, 15 (0:1), Volfsvinkel, 21 (1:1)

Hakimlər: Kristin Yakobsson, Siqurdur Oli Torleyfsson və Qunnar Qunnarsson (hamısı İslandiya)

Sent-Etyen. “Joffrua Qişar” stadionu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar