Ukrayna XİN-dən jurnalistlərə: "Azərbaycan qanunlarına hörmət edin"

Ukrayna Xarici İşlər Nazirliyi ölkə jurnalistlərini nazirliyin tövsiyələrinə əməl etməyə və Dağlıq Qarabağa səfərlə bağlı Azərbaycan tərəfinin müəyyənləşdirdiyi qaydalara hörmət göstərməyə çağırıb.

APA-nın xəbərinə görə, bunu Ukrayna XİN-in mətbuat katibi Yevgeni Perebiynıs yerli “1+1” telekanalında yayımlanan verilişlə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin etiraz notasını “Ukrinform”a şərh edərkən deyib.

“Biz Azərbaycan tərəfinə məlumat verəcəyik ki, saytımızda sözügedən regiona səfər etmək üçün mütləq Azərbaycanın müvafiq orqanlarının razılığını almağın vacibliyinə dair tövsiyə yerləşdirilib. Biz hər zaman jurnalistləri bu normalara əməl etməyə çağırırıq”, - deyə o, söyləyib.

Y. Perebiynıs bildirib ki, ukraynalı jurnalistlər Azərbaycan Respublikasının qanun-qaydalarını pozublar, eləcə də Ukrayna XİN-in tövsiyələrinə əməl etməyiblər: “Bu, özəl telekanaldır və biz əlbəttə ki, onlara hər hansı direktiv verə bilmərik. Lakin istənilən halda biz bütün jurnalistləri bu normalara əməl etməyə çağırırıq. Mövqeyimizi bir daha telekanalın rəhbərliyinə çatdıracağıq”.

Xatırladaq ki, “1+1” telekanalının “15 respublika” adlı proqramında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən birtərəfli və həqiqətdən uzaq fikirlər səslənib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar