Türkiyəli iş adamları Azərbaycan operatorlarına keçir

Türkiyədə son vaxtlar məmurların, iş adamlarının, o cümlədən ölkə rəhbərlərinin telefonlarının dinlənilməsinə dair üzə çıxan faktlardan sonra bəzi iş adamları qonşu ölkələrin mobil rabitə operatorlarından nömrələr alır.

Virtualaz.org xəbər verir ki, bu haqda “Sabah” qəzeti yazıb. Qəzetin yazdığına görə iş adamları mümkün dinlənilmələrin qarşısını almaq üçün Azərbaycan, İraq, Rumıniya və Bolqarıstan kimi qonşu ölkələrin mobil rabitə operatorlarından özlərinə və yaxınlarına nömrələr alırlar. Dinlənildiyindən ehtiyat edən iş adamları xüsusilə mühüm danışıqlarını bu nömrələr üzərindən həyata keçirir. Artıq Türkiyədə bu metod “Qonşucell” adı alıb.

Türkiyənin tanınmış iş adamlarından olan inşaatçı da “Qonşucell”dən istifadə edənlər arasında yer alır və o, tez-tez danışdığı 15 şəxsə qonşu ölkələrdən birinin mobil rabitə operatorundan nömrələr alıb. Lakin mütəxəssislərə görə “Qonşucell”dən istifadə telefonların dinlənilməsinin qarşısını almağa qarantiya vermir. Çünki bu telefon danışıqları hər halda Türkiyənin telekommunikasiya şəbəkəsi üzərindən həyata keçirilir və nəticədə danışıqları dinləmək texniki baxımdan yenə də mümkün olur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar