Bakıda daha bir avtobus BİABIRÇILIĞI

Bakıda sərnişindaşıma ilə məşğul olan bəzi marşrut xətlərindəki özbaşınalıqlar barədə mütəmadi olaraq mətbuatda yazılıb.

Lent.az-a müraciət edən bir qrup sakin isə Bilgəh qəsəbəsi ilə metronun Qara Qarayev stansiyası arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı avtobuslardan şikayətçidir. Sakinlər bildirir ki, bu xətt üzrə hərəkət edən avtobuslar saat 23-dək fəaliyyət göstərməli olsa da, axşam saat 21-dən sonra Bilgəhə getmirlər və sərnişinləri Zuğulba dairəsində boşaldaraq qayıdırlar. Hətta dəfələrlə avtobusda olan qadın və uşaqlar gecə saatlarında Zuğulbada məcburi şəkildə avtobusdan düşürülüb. 10 TG 105 nömrəli avtobusun sürücüsü Elşən Məmmədov sərnişinlərə kobud rəftar edərək onların düşməsini tələb edib. Şikayətçilər özbaşınalıq edən digər avtobus sürücüsünün adının İlqar Şahmarov olduğunu, onun da sərnişinlərə qarşı kobudluq etdiyini, yarı yolda düşürdüyünü deyib.

Qeyd edək ki, 171 saylı xətt üzrə sərnişindaşımanı “Ayşən LTD” şirkəti həyata keçirir.

Mövzu ilə bağlı Nəqliyyat Nazirliyi ilə əlaqə saxlasaq da, nazirlikdən bildirdilər ki, mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun səhhətində problemləri olduğunu üçün bu barədə ətraflı danışa bilməyəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar