Abid Şərifov yenə "Sovetski"dən danışdı

"Heç kimin onları köçməyə məcbur etmək və onlar barəsində qanunsuz tələblər irəli sürmək haqqı yoxdur"

Bakıda “Sovetski” adlanan ərazidə (Nərimanov prospekti və ona bitişik küçələr) kiçik yaşayış sahəsi olan evlərin sahiblərinə kompensasiyaların verilməsi məsələsi yaxın bir, bir ay yarım ərzində həll ediləcək. "Trend" xəbər verir ki, bu barədə jurnalistlərə baş nazirin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, indiyədək “Sovetski”də 2400 obyektin inventarlaşdırılması aparılıb, 1800 ailəyə kompensasiya verilib, 600 obyekt isə sökülüb: "Hələlik kiçik sahəyə malik evlərlə bağlı qərar qəbul edilməyib və heç kimin onları köçməyə məcbur etmək və onlar barəsində qanunsuz tələblər irəli sürmək haqqı yoxdur. Hesab edirəm ki, bu məsələ qısa müddət ərzində, çox güman ki, gələn ilin əvvəlində həll ediləcək".

Xatırladaq ki, adıçəkilən ərazidə söküntü işləri paytaxtın yaşıllaşdırılması məqsədilə aparılır, orada meşə-park zonası salınacaq və mövcud nəqliyyat sıxlığının azaldılması məqsədilə bir neçə avtomobil yolu tikiləcək. Sakinlərə yaşayış sahəsinin bir kvadratmetri üçün 1500 manat həcmində kompensasiya verilir. Yardımçı tikililər üçün kompensasiyaların məbləği təxminən 750-800 manatdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar