"Azadlıq"ın əməkdaşı azadlıqda: “Polis mənimlə tanış olmaq istəyirmiş”

“Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimov artıq sərbəst buraxılıb.

Bu barədə virtualaz.org saytına T.Kərimov özü məlumat verib.

Onun bildirdiyinə görə, mülki geyimli şəxslər tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə aparılıb: “Sorğu-sual etməyə gətirdiklərini dedilər. Həyat tərzimdən, ictimai-siyasi hadisələrdən sual verdilər. Soruşdular ki, kimsən, nə işlə məşğul olursan, səni tanımaq istəyirik. Mən də özüm barədə məlumat verdim”.

*   *   *12:30

“Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimov bu gün saat 11:00-a yaxın evdən çıxarkən mülki geyimli iki şəxs onu saxlayıb.

Şahidlərin sözlərinə görə, onu qara maşına basaraq naməlum istiqamətə aparıblar.

Turxan Kərimovun qardaşı Əziz Kərimov deyib ki, o, hər səhər dostu ilə görüşüb işə gedirdi: "Bu dəfə evdən çıxanda mülki geyimli şəxslər qardaşımı tutub qara rəngli maşına basıblar. Dostu maşını izləsə də sürətinə yetişə bilməyib və izini itirib. Hara aparıldığını bilmirik".

DİN-in mətbuat xidmətindən "Turan"a hadisə ilə bağlı məlumatın olmadığı bildirilib.

Nərimanov Rayon Polis İdarəsində də T.Kərimovun saxlanmadığı bildirilib.

Qeyd edək ki, T.Kərimov “Azadlıq” radiosunun əməkdaşıdır. O, sosial və siyasi mövzularda materiallar hazırlayır və facebookda fəal bloggerdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar