Elçin Namazovun nə üstündə tutulduğu bəlli oldu

Həbs olunan hüquqçu Elçin Namazov Binəqədidə, Bakı polisinin inzibati həbs məntəqəsində saxlanır.

Noyabrın 25-də Xətai Rayon Məhkəməsi Elçin Namazova 15 sutka inzibati həbs cəzası kəsib. O, polisin qanuni tələbinə əməl etməməkdə təqsirli bilinib.

Vəkil Xalid Bağırov “Media forum” saytına deyib ki, Elçin Namazovun digər vəkili onunla görüşüb və tutulmanın təfərrüatını öyrənib: “Elçin Namazov Daxili İşlər Nazirliyinin 102 xidmətinə Xətai rayonu ərazisindəki bir restorandan şikayət edib ki, ora əxlaqsızlıq yuvasıdır. Şikayətdən sonra onu Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinə dəvət ediblər. Noyabrın 24-ü gecə Elçin Namazov və restorandan gətirilən qızlar polis idarəsində olublar. Qızlar cərimə olunub, onları da, Elçin Namazovu da buraxıblar.

Noyabrın 25-i günorta Elçin Namazovu yenidən polis idarəsinə çağırıblar, o da gedib. Barəsində protokol tərtib ediblər ki, guya polisin çağırışına gəlməyib, zorla gətirilib. Özü hesab edir ki, fəaliyyətindən şikayət etdiyi restorana görə ona inzibati həbs cəzası kəsilib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar