Bakıda qumbara alverçisi iş başında yaxalandı

Keçirilən əməliyyat nəticəsində silah və sursat aşkarlanıb

Polis Bakıda qumbara alverçisini yaxalayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Məhərrəmov 4 qumbaranı (2 “F-1” və 2 “RQD-5”) satarkən tutulub. O, qumbaraları 200 manata satmaq istəyirmiş.

Digər əməliyyat isə Gəncə şəhərində silah və sursat tapılıb. Keçirilən əməliyyat nəticəsində şəhərin Ozan küçəsindən 3 ədəd “RQD-5”, 1 ədəd “F-1” əl qumbaraları, 5 qumbara alışdırıcısı və 10 avtomat patronu tapılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar