Bakıda 100-dən çox evi qarət edən peşəkar oğrular tutuldu - Fotolar

Bakıda 100-dən çox mənzildən oğurluq edən qrup üzvləri yaxalanıb.

Virtualaz.org Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Gürcüstan Respublikasının vətəndaşı 40 yaşlı Paata Mkurnalidze, Bakı şəhər sakinləri, 31 yaşlı Quram Zeynalov və 27 yaşlı Aleksandr Xusainov saxlanılıb. Dəstə üzvlərinin ətrafında aparılan istintaq araşdırmaları zamanı məlum olub ki, onlar son bir neçə ayda paytaxtın Xətai, Binəqədi, Nəsimi, Nizami və Yasamal rayonlarında əsasən 9 mərtəbəli bina evlərindən çoxsaylı oğurluqlar ediblər. Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qabaqcadan əlbir olaraq binalara daxil olublar, daha sonra isə mənzillərin qapısını döyüblər. Ev sahibləri evdə olmadıqda Paata Mkurnalidze xüsusi alətlərin köməyi ilə qapıları açıb.

Dəstə üzvləri evlərə daxil olaraq içəridən külli miqdarda pul, qızıl zinət əşyaları və digər bahalı malları talayıblar. Evdən çıxdıqda isə Paata Mkurnalidze mümkün qədər qapıların kilidlərini bağlamağa çalışıb. Oğurluq qızıllar elə həmin gün satılması üçün Gürcüstan və Rusiyaya göndərilib. Qalanları isə Tiflisdə pula çevrilib. Paata Mkurnalidze satışdan əldə etdiyi pullardan Quram Zeynalov və Aleksandr Xusainova da pay göndərib.

İstintaqla daha sonra müəyyən edilib ki, dəstə üzvü Quram Zeynalov təkbaşına da oğurluq cinayətləri törədib. O, Paata Mkurnalidzedən öyrəndiyi üsullarla evlərin qapısını açıb və külli miqdarda pul, qızıl oğurlayıb. Əldə etdiyi qızılların bir hissəsini Bakıda, qalan hissəsini isə Rusiyada satıb. Faktlarla bağlı başlanan cinayət işinin istintaqı davam etdirilir. Saxlanılan şəxslərin ehtimal olunan digər cinayətləri araşdırılır.

[gallery ids="73855,73856,73857"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar