Beş dövlət standartı ləğv edildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi beş dövlət standartını ləğv edib.

Bununla bağlı komitədən “Media forum” saytına verilən məlumatda deyilir ki, komitə ölkədə qüvvədə olan dövlət standartlarının dövri yoxlamasını həyata keçirib.

Yoxlama nəticəsində AZS 007-94 “Peçenye. Texniki şərtlər” və AZS 008-94 “Yulaf peçenyesi. Texniki şərtlər” dövlət standartları müasir tələblərə cavab vermədiyinə, aktuallıqlarını itirdiyinə və son illər bu standartlarla məhsul istehsal olunmadığı üçün; AZS 009-1994 “Qazlı su. Texniki şərtlər” dövlət standartı müasir tələblərə cavab vermədiyi, eyni zamanda AZS 282-2007 “Qablaşdırılmış içməli su. Ümumi texniki şərtlər” dövlət standartı qüvvədə olduğu üçün; AZS 085-2003 “Yataq ağları. Ümumi texniki şərtlər” dövlət standartı Azərbaycan Respublikası dövlət standartlaşdırma sisteminin əsasını təşkil edən AZS 1.5-96 dövlət standartının tələblərinə uyğun olmadığı üçün; AZS 255-2007 (TŞ 6606/1989) “Xərək və xərək tutqacları” dövlət standartında ölkədə qüvvədə olmayan türk standartlarına istinad olunduğu üçün ləğv edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar