BMT nümayəndəliyi girovların yaxınlarını qəbul etmədi

Qarabağ Azadlıq Təşkilatının noyabrın 28-də “Media forum” saytına verdiyi məlumata görə, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxınları Sahib Musayev və İlham Quliyev bu gün BMT-nin Azərbaycandakı nümayəndəliyində olublar, nümayəndəliyin rəhbəri Antonius Brukla görüşmək üçün yazılı müraciət ediblər.

Onların məqsədi BMT rəhbərliyinin azərbaycanlı girovların taleyi, onların sağlıq durumu və geri qaytarılması ilə bağlı məsələyə müdaxilə etməsinə nail olmaqdan ibarətdir.

Nümayəndəlikdən heç kəs Sahib Musayev və İlham Quliyevlə görüşmək istəməyib, onlara başqa ünvanlara müraciət etməyi məsləhət görüblər. Dilqəm Əsgərovun qardaşı Sahib Musayev BMT nümayəndəliyinin bu münasibətinin qeyri-insani hərəkət olduğunu bildirib, bu istiqamətdə təşəbbüslərini davam etdirəcəklərini vurğulayıb.

Oktyabrın 27-də işğalçı Dağlıq Qarabağ rejimi Kəlbəcərdə ermənilərin əlinə keçmiş azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovu mühakimə etməyə başlayıb. İşğalçı rejim bu iki azərbaycanlını iyul ayında girov götürüb. Daha bir azərbaycanlı – Həsən Həsənov öldürülüb. Həsən Həsənovun nəşi qarşı tərəfdən oktyabrın 2-də alınıb, oktyabrın 4-ü Bakıda dəfn edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar