"Bizi sıxışdırmağa başlasanız, mən buna dözməyəcəm" - Lukaşenko

Belarus prezidenti Rusiyaya Belarusdan ət idxalınına qoyulmuş qadağanı tənqid edib.

Belarusun 18 müəssisəsindən Rusiyaya idxal edilən təxminən 400 ton ət məhsullarına qoyulan qadağa çərşənbə günü qüvvəyə minib.

Rusiyanın nəzarət orqanı olan "Rosselxoznadzor" qərarını idxalı yasaqlanan ərzaq məhsulunun Belarus ərazisindən təkrar keçirmək cəhdlərilə əsaslandırır.

Prezident Aleksandr Lukaşenko Rusiya hakimiyyətinin addımından məyus olduğunu bildirib.

"Bizə təzyiq etmək lazım deyil. Biz sizə sadiq dost olmuşuq və dost da qalacağıq. Lakin bizi sıxışdırmağa başlasanız bilin ki, mən buna dözməyəcəm".

Minskdə səfərdə olan Sankt Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenko və Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov ilə görüşü vaxtı Aleksandr Lukaşenko ət idxalına qoyulan qadağanı tənqid etmişdi.

Belarus prezidenti Gömrük İttifaqında "Moskvanın təşəbbüsü ilə yaranmış qeyri-bərabər əlaqələrdən" narazı olduğunu deyib.

2013-cü ildə Rusiya ərzaq bazarında Belarus ixracının payı 10 faiz təşkil etmişdi.

Rusiya Qərbin sanksiyalarına cavab olaraq Qərb ölkələrindən ərzaq idxalına embarqo qoyduqdan sonra Belarusdan Rusiyaya ərzaq idxalının həcmi xeyli artmışdı. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar