Azərbaycan nefti 73 dollara düşdü

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 4,82 dollar ucuzlaşaraq 68,87 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 5,32 dollar azalaraq 72,43 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 6,84 dollar ucuzlaşaraq 73,36 dollar təşkil edib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar