ABŞ-da kütləvi həbslər başladı - Video

4 gün ərzində 400-dən çox etirazçı saxlanılıb

Amerika Birləşmiş Ştatların Ferqyuson şəhərində iğtışaşlardan sonra vəziyyət qismən sakitləşsə də, Milli qvardiyaçılar hələ də küçələrdə asayişə nəzarət edir.

ANS TV-nin məlumatına görə, son dörd gün ərzində ABŞ təhlükəsizlik qüvvələri 400-dən çox etirazçı saxlayıb. Los- Ancelesdə etirazçılar küçələrdə yürüş edərək, “məhkəmə olmasa, sülh də olan deyil” şüarını səsləndirib. Nyu-Yorkda isə bir qrup etirazçı Şükranlıq günü ilə bağlı paradın keçirildiyi yerdə bir araya gəlib.

Etirazçılar “irqçi polislərə yox deyək”, - deyə car çəkiblər. Aksiyanın daha aqressiv hal aldığını görən polis əməkdaşları bir neçə fəalı yerə uzandıraraq, əllərini qandallayıb.

Nyu-York polis idarəsi Şükranlıq günü paradı ilə paralel keçirilən Ferqyusona həmrəylik aksiyasında 7 nəfərin həbs olunduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar