MSK bülletenlərin çapına başladı

Mərkəzi Seçki Komissiyası dekabrın 23-nə təyin olunan bələdiyyə seçkiləri üçün nəzərdə tutulan səsvermə bülletenlərinin çapına başlayıb.

ANS TV-nin məlumatına görə, prosesin başlanması ilə əlaqədar sədr Məzahir Pənahovun başçılığı ilə MSK nümayəndələri büllitenlərin çap olunduğu Milli Məclisin mətbəəsində olub.

M. Pənahov jurnalistlərə açıqlamasında deyib ki, Seçki Məcəlləsinin tələbinə əsasən səsverməyə 10 gün qalana qədər seçki bülletenləri tam çap olunmalıdır.

Səsvermə bülletenləri 5 gün qalana qədər Dairə Seçki Komissiyalarına, 3 gün qalana qədər isə məntəqə seçki komissiyalarına paylanmalıdır.

Bu müddət ərzində 1607 növ bülletenin çap olunacaq. Eyni sayda bələdiyyə subyekti uğrunda mübarizə aparacaq namizədlərin qeydiyyatı sabah başa çatır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar