Mübariz Qurbanlı 2,5 milyon manatı nəyə xərcləyəcək?

"Dövlət xəttilə qeyri-islami dini icmalara yarıdmlar həmişə olub, islami iclmalara isə yardımlar Qafqaz Müsəlmanları İdarəsinin xəttilə edilir”.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQDK) sədri Mübariz Qurbanlı bu sözləri dövlət başçısı İlham Əliyevin dini icmalara maliyyə yardımı ayrılması ilə bağlı sərəncamını Turan-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, QMİ xəttilə dini icmalara maliyyə yardım məsələsi yenə də qüvvədə qalır. Amma bununla yanaşı, dövlət komitə xəttilə də dini icmalara yardım etməyi məqbul sayıb.

O, dini icmalara ayrılan maliyyə dəstəyinin daha çox dini maarifləndirmə, milli-dini dəyərlərin müdafiəsi layihələrinə xərclənəcyini söyləyib.

Bundan əlavə, M.Qurbanlı maliyyə yardımının ayrılmasında fəal dini icmaların payı olduğunu deyib. O, bir çox fəal dini icmaların xaricdə Azərbaycan naminə fəaliyyət göstərə bilməsi üçün layihələr hazırladıqlarını, bunun icrası üşün isə maliyyə vəsaitlərinə ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, bu layihələr daha çox ənənəvi islamın müdafiəsi və inkişafi, tolerantlığın gücləndirilməsi, dinlərərası dialqoun dərinləşdirilməsi layihələrini nəzərdə tutur. “Bununla bağlı maliyyə vəsaitlərinə ehtiyac vardı, prezident də bugünki sərəncamı ilə buna müsbət cavab verdi”, deyə komitə sədri bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar