"Gözlənilməz heç nə baş vermir" - Putin

"OPEK-in neft hasilatının həcmini əvvəlki səviyyədə saxlaması ilə bağlı qərarından sonra neftin qiymətinin düşməsi gözlənilən idi".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TOTAL şirkətinin rəhbərliyi ilə görüşündə Rusiya prezidenti Vladimir Putin deyib.

"Fikrimcə, nə bizim, nə də sizin üçün gözlənilməz heç nə baş vermir. Biz OPEK ölkələri qrupunun görüşündə iştirak etdik. Əvvəldən bizə məlum oldu ki, OPEK-in “qara qızıl”ın hasilatını azaltmaması ilə bağlı elanından sonra qiymətlər düşəcək", - deyə Rusiya prezidenti bildirib

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) noyabrın 27-də keçirilən konfransda neft hasilatının sutkada 30 milyon barel həcmində müəyyən edilmiş əvvəlki kvotaya dəyişiklik etməməyi qərara alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar