Saakaşvili bankirin qətlini gizlətməkdə ittiham olunur

SaakashviliHüquq-mühafizə orqanları Gürcüstanın keçmiş prezidenti Mİkheil Saakaşviliyə qarşı 2006-cı ildə banker Sandro Girgvlianinin qətlinin gizlədilməsinə görə ittiham irəli sürüblər.

Girgvliani Vahid Gürcüstan Bankının Xarici əlaqələr departamentinin sədri idi və 22006-cı ilin yanvarında Tbilisi yaxınlığında ölü halda tapılmışdı. Onun hadisədən öncə barda Daxili İşlər nazirliyinin yüksək vəzifəli şəxsləri ilə mübahisəsi düşdüyü bildirirdi.

Prokuror president Saakashvilini o vaxtki Daxili İşlər naziri Vano Merabishvili, ilə birgə cinayətin üstünün ört=basdır edilməsi üçün dəlillərin dəyişdirilməsində ittiham edirlər.

Keçmiş nazir Merabishvili ötən ay bu ittihamla 3 il həbs cəzası alıb.

Eks-prezident Saakashvili hazırda ABŞ-da mühacirətdə yaşayır və hakimiyyəti dövründə baş verən cinayətlərdə ittiham olunur. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar