Cəmil Həsənli Amerikadadır – Foto

Milli Şuranın prezidentliyə vahid namizədi professor Cəmil Həsənli Türkiyə səfərindən sonra ABŞ-a yola düşüb. Musavat.com bildirir ki, burada onun Amerika rəsmiləri ilə müxtəlif görüşləri gözlənilir. C. Həsənlinin ABŞ səfəri barədə təfsilatlı məlumat verilməsə də, onun Vaşinqtonda çəkdirdiyi şəkillər sosial şəbəkələrdə yayılıb. Tanınmış siyasi ekspert, hazırda Amerikada mühacirət həyatı yaşayan Ramiz Yunus prezidentliyə eks-namizədlə şəkil çəkdirib və onu aşağıdakı statusun müşayiəti ilə paylaşıb:

“17 noyabr Azərbaycanda Milli Dirçəliş günüdür və çox simvolik haldır ki, məhz bu gün mən Vaşinqtonda bizim xalqımızın çox dəyərli ziyalısı, Cəmil Həsənli ilə görüşdüm. Bizim bir-birimizə deyiləsi çox sözümüz var idi, çünki 12 ildir biz görüşməmişdik. Bir neçə saatlıq söhbətdən sonra mən yenə də əmin oldum ki, biz vahid namizədimizi düz seçmişik. Cəmil bəy teledebatda olan öz çıxışları ilə bizim xəstə cəmiyyətimizin yadına saldı ZİYALI sözünün əsil mənasını və mən əminəm ki, ŞƏRƏF və LƏYAQƏT sözlərinin də əsil mənasını çoxlarının yadına salacaq....”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar