Vəkili İntiqam Əliyevlə görüşüb

Vəkil Fəxrəddin Mehdiyev noyabrın 28-də Bakı İstintaq Təcridxanasında saxlanan hüquq müdafiəçisi İntiqam Əliyevlə görüşüb.

“Media forum” saytına danışan vəkil deyib ki, İntiqam Əliyevin cinayət işi üzrə hər hansı istintaq hərəkəti aparılmır: “İstintaq hərəkətlərinin nə zaman olacağı da bilinmir”.

Fəxrəddin Mehdiyev qeyd edib ki, İntiqam Əliyevin səhhətində ciddi problemlər var: “Kəskin baş ağrılarından əziyyət çəkir. Gecələr yata bilmir. Səhhətində yaranmış duruma görə İntiqam Əliyevin ev dustaqlığına buraxılması üçün şikayət hazırlamışıq. Şikayəti gələn həftə məhkəməyə təqdim edəcəyik”.

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, vəkil İntiqam Əliyev bu il avqustun 8-dən həbsdədir. O, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və qanunsuz sahibkarlıqda təqsirləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar