Roma Papasının İŞİD qorxusu

Türkiyədə səfərdə olan Papaya terror xəbərdarlığı edildi

İŞİD terror qruplaşması Roma Papasını Türkiyədə öldürə bilər.

ANS PRESS xəbər verir ki, bu barədə İngiltərənin "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Vatikan İŞİD-in Papa Fransiskə müsəlman bir ölkədə sui-qəsd cəhd olacağından qorxur.

İngilis qəzet İraqın Vatikan səfiri Habib əl-Sədrin İtaliyanın "La Nazione" qəzetinə etdiyi xəbərdarlığı əsas götürərək bildirir ki, İŞİD-in təhdidlərini əsassız saymaq olmaz.

Qeyd edək ki, İŞİD bir neçə dəfə Vatikanı hədələyib və bayraqlarını Romada dalğalandıracaqlarını bəyan ediblər. Həmçinin İŞİD-in tərkibində çoxlu sayda Türkiyə vətəndaşının vuruşması və İŞİD-in Türkiyədə "ocaqların" olması barədə verdiyi hədələyici açıqlamaları da Roma Papasına qarşı terror ola biləcəyini deməyə əsas verir.

Qeyd edək ki, Roma Papasının Türkiyəyə səfəri başlayıb. Onun mühafizəsinə 3 min nəfərə qədər təhlükəsizlik əməkdaşı cəlb olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar