"Qalatasaray"ın yeni baş məşqçisi bəlli oldu

“Qalatasaray” klubu italiyalı baş məşqçi Çezare Prandelli ilə müqavilənin ləğv olunduğunu rəsmən açıqlayıb.

Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, klubun rəsmi nümayəndəsi Əli Dürüst Ç.Prandellinin müqaviləsini ləğv etdiklərini bildirib.

Ə.Dürüst yeni baş məşqçinin adını da açıqlayıb. O, Türkiyə milli komandasının baş məşqçi köməkçisi Hamza Hamzaoğlu ilə anlaşdıqlarını bəyan edib. Hələlik H.Hamzaoğlu ilə rəsmi müqavilə imzalanmasa da onun bu mövsümün sonuna qədər komandanı çalışdıracağı və uğurlu nəticə əldə edərsə, vəzifəsində qalacağı xəbər verilir.

Qeyd edək ki, H.Hamzaoğlu keçmiş futbolçudur və 1991-1995-ci illərdə “Qalatasaray”ın heyətində çıxış edib. Baş məşqçi kimi “Malatyaspor”, “Eyüpspor”, “Dənizlispor” və “Akhisar Bələdiyyəspor” komandalarını çalışdırıb (APA).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar