Dumada mübahisəli qanun layihəsi

Ukraynada vuruşan rus muzdlulara status veriləcək

Rusiyanın ali qanunverici orqanında mübahisəli qanun layihəsi irəli sürülüb.

ANS PRESS-in məlumatına görə, layihə Ukraynada separatçılar tərəfdə vuruşan rusiyalı muzdlulara status verilməsini nəzərdə tutur.

Layihənin müəllifi Rusiya Komunist partiyasının Dumanın Müdafiə Komitəsinin üzvü Vyaçeslav Tetkin Ukraynada vuruşan könüllülərin hüquqlarını qorumaq, müharibədən sonra onların hüquqi məsuliyyət daşımasının qarşısını almaq istədiyini deyir.

Tetkinin sözlərinə görə, Ukrayna ərazisində döyüşlərdə hazırda və ya vaxtilə iştirak edən insanlar “ümumdövlət tapşırığ”ı yerinə yetirirlər, lakin eyni zamanda özbaşına fəaliyyətdədirlər.

Qeyd edək ki, dünən Litva prezidenti Dalya Qribauskayte Rusiyanı “terrorçu dövlət” adlandıraraq dünya birliyini Ukrayanaya kömək etməyə çağırmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar