Avropa Parlamenti “Google” şirkətinin bölünməsinə səs verdi

Strasburqda keçirilmiş sessiyada Avropa Parlamentinin üzvləri ABŞ-ın internet nəhəngi "Google"un bölünməsinə çağıran qətnaməyə səs veriblər.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, Avropa Parlamenti üzvlərinin fikrincə, "Google" internet axtarış və başqa rəqəmli xidmətlər bazarında inhisarçıdır.

Geniş məsələləri, o cümlədən Avropa İttifaqı sakinlərinin hüquqlarını əhatə edən qətnamə tövsiyə xarakteri daşıyır.

Qətnamənin qəbulundan sonra Avropa İttifaqının icra orqanı Avropa Komissiyası "Google"a rəsmi tələb irəli sürə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar