Bakıda daha bir avtobus dəhşəti... - Video

Bu gün Bakıda marşrut avtobuslarının iştirakı ilə daha bir insident yaşanıb.

Paytaxt sakinlərindən birinin çəkib virtualaz.org saytının redaksiyasına təqdim etdiyi videokadrlardan da göründüyü kimi, avtobus şəhərin mərkəzi küçələrinin birində ağlasığmaz sürətlə hərəkət, daha dəqiq desək, oyunbazlıq edir.

Bu kadrlardan bir daha o qənaətə gəlirsən ki, Daxili İşlər Nazirliyi, o cümlədən Dövlət Yol Polisi İdarəsi, habelə Nəqliyyat Nazirliyi və digər müvafiq qurumlar “avtoş” avtobus sürücüləri ilə mübarizədə hələ də istənilən nəticəyə nail ola bilmirlər.

Halbuki bu “avtoş”luq adi xuliqanlıq deyil. Belə azğınlaşmış sürücülər yüzlərlə adamın həyatını təhlükəyə atırlar. Polisin gözü önündə...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar