Putin Avropanı hədələdi (VİDEO)

“Sanksiyalar qeyri-legitimdir və beynəlxalq sabitliyə təhlükə törədir”

"Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qeyri-legitimdir və beynəlxalq sabitliyə təhlükə törədir". ANS TV-nin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfəri ərəfəsində bildirib:

“Bu cür təzyiq təkcə birbaşa iqtisadi ziyan vurmur, həm də beynəlxalq sabitlik üçün təhlükə yaradir”.

Rusiya prezidentinin sözlərinə görə, Moskva ilə sanksiyalar və ultimatumlar dilində danışmaq perspektivli yanaşma deyil.

Putinin bu bəyanatını Almaniya Kansleri Anqela Merkelin bir neçə gün əvvəlki bəyanatına münasibət hesab etmək olar. Merkel Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaların davamına ehtiyac olduğunu və Qərbin bunun üzərində işlədiyini bildirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar