RUSİYANIN STELS TEXNOLOGİYALI SUPER SİLAHI- “T-50 PAK FA” qırıcı təyyarəsi

Dərc olunub: 29/11/2014 - 00:35

Rusiya ilə Qərb arasında başlanan yeni soyuq müharibə Moskvanı silahlanma sahəsinə ciddi diqqət yetirməyə vadar edir. Artıq Rusiya ordusunun müasir silahlarla təmin olunması məsələsi əsas prioritetə çevrilib. Xüsusən, NATO qüvvələrinin havada əldə etdiyi üstünlüyü dəf etmək üçün, Rusiya hərbi sənayesinin konstruktorları baş sındırırlar.

Sukhoi-T-50-PAK-FA-KnAAPO-2SBu baxımdan, belə hesab edilir ki, Rusiyanın “Suxoy” şirkətinin radarlara yaxalanmayan “T-50 PAK FA” qırıcıları amerikanların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. Əslində bəzi parametrlərinə görə, Rusiya təyyarəsi hər iki Amerikan təyyarəsini üstələyir, ancaq “T-50”-nin xeyli sayda öz çatışmamazlıqları da mövcuddur.

ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyat rəhbəri general- leytenant Dev Deptula bu haqda “The National İnterestə” bildirib: ”T-50-nin xarakteristik göstəricilərinə aid olan məlumatlarda qeyd olunur ki, onun kifayət qədər müasir konstruksiyası var və bu maşın bir çox ekspertlərin fikrinə görə, hətta amerikanların beşinci nəsil təyyarələrindən də üstündür. Sözsüz ki, ”T-50”-nin dönmə hərəkətləri və quyruqdakı dayaq dartı vektoruna görə “F-35”-ə nisbətən daha yaxşı xarakteristik göstəricilərə malikdir”.

Görünür “T-50” geniş məqsədli zərbə qırıcısı sayılan “F-35”-ə nisbətən hava məkanında daha çox üstünlük əldə etmək üçün optimal hala gətirilib. ”Raptor F-22” kimi “T-50”qırıcısı da qanadları altında daşıdığı “hava-hava” sinfindən olan raketlərinin uzaq məsafələrdəki hədəfləri vurmasından ötrü maksimal kinetik enerji ilə təmin edilib və o, öz konstruksiyanın gücünə əsasən, həm yüksək sürətlə, həm də ki, daha hündürdən uça bilər.

Hal-hazırda Rusiya qırıcılarında “SU-30” təyyarəsinin mühərrikinin təkmilləşdirilmış versiyası quraşdırılıb. Bu mühərrik əvvəlkilərə nisbətən, daha güclüdür. Amma indi həmin mühərriklər də müvəqqəti hesab edilir, çünki “PAK FA T-50” 2020-ci ildə tam şəkildə döyüş sıralarına daxil olana qədər, daha yeni və təkimil mühərriklərlə təchiz olunacaq. Digər tərəfdən, Rusiya qırıcısının bortunda qüvvətli radioelektron lakasiya sistemi də yerləşdiriləcək. Dev Deptula bu barədə bildirib: ”Məlumat var ki, həmin təyyarədəki elektron cihazlar kompleksi “SU-35”-dən götürülüb və buraya çox funksiyalı radiolokasiya sistemli X-diopozonlu aktiv fazalı antenalar quraşdırılıb”. Onu da qeyd etmək lazımdır ki, ruslar sensor sistemləri sahəsində də böyük tərəqqiyə nail olublar. Amerikan hərbi təyyarələri isə həmişəki kimi, rəqibin harada olmasını müəyyənləşdirmək baxımından hərtərəfli sintez aparmaq qabiliyyətinə malik cihazlar sahəsində öz üstünlüklərini qoruyurlar. Mövzu ilə əlaqədar Deptula əlavə olaraq deyib: ”Hazırda qarşıda belə bir sual dayanır ki, doğrudanmı ruslar əldə edilən məlumatların sintez olunması sahəsində Amerikanın “F-22” və “F-35” təyyarələrinin səviyyəsinə çata biləcəklər? Bu plan çərçivəsində mən ABŞ və onun müttəfiqlərini üstün sayıram”.

ABŞ Hərbi Sənaye Kompleksinin yüksək rütbəli nümayəndəsi Deptulanın bu fikirləri ilə razılaşır. Onun sözlərinə görə, avionika planına uyğun olaraq, “PAK FA T-50” təyyarəsi ABŞ-ın “F-18E/F Super Hornet” və ya “F-16E/F Bolck 60” təyyarələrinə yaxındır. ”T-50” təyyarəsinin “F-22” və “F-35” səviyyəsinə çatmasına hələ xeyli vaxt tələb olunur. Kimsə “T-50” təyyarəsini beşinci nəsil qırıcısı hesab edə bilər, lakin bu təyyarə hələlik əsasən 4,5 nəslinə aid bir maşındır.

ABŞ Hərbi Sənaye Kompleksinin nümayəndəsi əlavə olaraq bildirib: ”Rusların radarlara az hallarda yaxalanma prioritetlərinin və rəqibin yerini müəyyənləşdirmə məlumatlarının sintez edilməsi qabiliyyətlərinin aşağı səviyyədə olması “F-22” –lər qarşısında onların “T-50” təyyarəsinin zəifliyini göstərir.”

ABŞ Hərbi Hava Qüvvələrinin “F-22” və “F-35” təyyarələrində istifadə etdikləri konsepsiyaya baxsaq, onda bizə “T-50” qırıcılarının xeyli çətinliklərlə üzləşəcəyi aydın olar.

Vaqif NƏSİBOV

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…


loading...




Fikrinizi bildirin