Abbas Abbasov Məsut Yılmazın məclisində- FOTO

Keçmiş baş nazirin müavini Abbas Abbasov Türkiyənin keçmiş baş naziri Məsut Yılmazın oğlunun dünən baş tutan toyunda iştirak edib.

AzNews.az-ın məlumatına görə, Məsut Yılmazın oğlu Hasan Yılmaz Ceren Öztürk adlı bir xanımla ailə həyatı qurub. Bir çox tanınmış iş adamlarının və dövlət xadimlərinin iştirak etdiyi toy mərasimi xüsusi dəbdədbəsi ilə seçilib. Bir çox tanınmış müğənnilərin iştirak etdiyi toy mərasimində bəylə gəlinin nikahını qeydiyyata İstanbul Şişli bələdiyyə başqanı Mustafa Sarıgül alıb.

Xatırladaq ki, Mustafa Sarıgül də bu günlərdə Cümhuriyyət Xalq Partiyasına qayıdıb və onun növbəti seçimlərdə partiyanın sədri olacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar