Putin Ankaraya mesaj verdi

"Türkiyənin çiynində daşıdığı yükün fərqindəyik"

 Roma papasının ardınca Türkiyəyə səfərə hazırlaşan Rusiya prezidenti Vladimir Putinin “Anadolu” agentliyinə müsahibəsində Ankaranın ünvanına mesajları da kifayət qədər maraqla qarşılanıb.

ANS TV-nin məlumatına görə, Putin müsahibəsini bu sözlərlə başlayıb: “Qonşu dövlətləri yıxıb-dağıdan şiddətli qarşıdurmaların məngənəsində qalan Türkiyənin çiynində daşıdığı yükün fərqindəyik”.

Xüsusilə Suriya məsələsində Türkiyəyə əks mövqedə olan Rusiya prezidenti Suriya iqtidarına yenə də köməkliyini əsirgəmiyəcəklərini bildirib: “Rusiya Federasiyası olaraq, radikallarla mübarizə edən Suriya, İraq və bölgənin digər iqtidarlarına gələcəkdə də kömək etməyə davam edəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar