Eboladan ölənlərin sayı 7 minə yaxınlaşdı

Ebola virusundan ölənlərin sayı 6928-ə çatıb, xəstəliyə yoluxanların sayı isə hazırda 16 200 nəfər təşkil edir.

APA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti hesabatında deyilir.

Ebola virusundan ən çox zərər çəkən ölkə Liberiyadır. Orada 7 200 yoluxma və 4 200 ölüm halı qeydə alınıb. Sierra-Leonedə xəstəliyə 6 800 yoluxub, 1 400 nəfər ölüb, Qvineyada 2 100 nəfər xəstələnib, 1300 nəfər həyatını itirib.

Qeyd edək ki, noyabrın 27-də Britaniyanın “GlaxoSmithKline” (GSK) əczaçılıq şirkətinin Belçika və İtaliyadakı laboratoriyalarında hazırlanan peyvənd ilk sınaq mərhələsindən keçib və təhlükəsiz olduğu təsdiq edilib. İyirmiyə yaxın könüllü üzərində aparılan peyvənd sınaqları sübut edib ki, preparatın yüksək dozası heç bir əlavə təsiri olmadan sağalma şansını kəskin şəkildə artırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar