NATO baş katibi: "Rusiya ilə soyuq müharibə istəmirik"

"NATO Rusiya ilə soyuq müharibə istəmir".

BBC-nin verdiyi xəbərə görə, bu barədə alyansın baş katibi Yens Stoltonberq “Exo Moskvı” radiosuna müsahibəsində deyib.

“NATO qəti şəkildə nə soyuq müharibə, nə də qarşıdurma arzulayır. Biz əməkdaşlıqda maraqlıyıq. Əgər Rusiya bizimlə əməkdaşlıq eləsə, əminəm ki, bundan o da, NATO da udar” - deyə alyans rəhbəri qeyd edib.

Bu il aprelin əvvəlində NATO ölkələri XİN başçıları Moskvanın Ukraynadakı mövqeyi və Krımın ilhaqına görə Rusiya ilə praktik mülki və hərbi əməkdaşlığı dayandırmaq qərarı veriblər. İyun ayında nazirlər həmin qərarın müddətini uzadıblar (musavat.com).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar