"Bəzi generallar Səfər Əbiyevin oğlunun toyuna getməyiblər" - Hərbi ekspert

"Zakir Həsənovun tapşırığına baxmayaraq bir çox zabit və general dəvətnamə alsalar da Nəcməddin Sadıqovun qorxusundan Səfər Əbiyevin oğlunun toyuna getmədilər"

İstefaya göndəriləndən sonra "ağzına su alıb" baş verənləri seyr edən keçmiş müdafiə naziri Səfər Əbiyevin nəhayət, mətbuata açıqlama verməsi, bu azmış kimi ötkəm danışaraq onu hədəfə alanlarla haqq-hesab çəkəcəyini bəyan etməsi cəmiyyətdə birmənalı qarşılanmadı.

Tanınmış hərbi ekspert, Müdafiə Nazirliyi sistemində baş verənlərdən ölkədə ən məlumatlı adamlardan hesab olunan Üzeyir Cəfərov onun bu davranışını Moderator.az-a açıqlamasında şərh edir:

“Sabiq müdafiə naziri general-polkovnik Səfər Əbiyevin srağagünkü açıqlaması ilə mən də mətbuatdan tanış oldum və demək istəyirəm ki, bu çox normal və yerində olan bir münasibət idi. Çünki, açıq demək lazımdır ki, bir sıra şəxslər və çox təəssüflər olsun ki, bəzi mətbu orqanlar, yeri gəldi-gəlmədi onun adının hallandırılmasında sanki maraqlı görünürlər və istər-istəməz cəmiyyətdə bu insan haqqında müəyyən fikir formalaşdırmağa çalışırlar. Mən dəfələrlə demişəm və bu gün də deyirəm ki, ədalətli olmaq lazımdır. Mən də vaxtilə Səfər Əbiyevi ən sərt tənqid edənlərdən biri olmuşam və çoxlarından fərqli olaraq bunu onun vəzifədə olduğu zaman etmişəm. Bu gün də onun idarəçiliyi zamanı olan kadr təyinatlarında yol verilən nöqsanları bir daha qeyd etmək istəyirəm. Sözümü də onunla əsaslandırıram ki, bəli, Səfər Əbiyevin vaxtında yüksək vəzifələrdə təmsil olunanların çoxu bu gün qorxaqcasına ya səslərini çıxartmırlar, ya da ki, özlərini yeni müdafiə nazirinə deyil, MN-də intriqaların başında duran Baş Qərargah rəisi- nazirin birinci müavini general-polkovnik Nəcməddin Sadıkova sadiq şəxslər kimi göstərməyə çalışırlar.

Onların arasında təkcə polkovnik və ya ondan aşağı vəzifəlilər deyil, hətta generallar da var. İş o yerə çatıb ki, onlardan bəziləri ötən ay Səfər Əbiyevin övladının toy mərasiminə belə qatılmamışdılar. Baxmayaraq ki, bildiyim qədər toy günü yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov bütün idarə və xidmət rəislərinə, kimə ki, Səfər Əbiyev tərəfindən övladının toyuna dəvətnamələr paylanmışdı, mütləq toyda iştraklarının vacibliyini demişdi, amma bəziləri Nəcməddin Sadıkovun qorxusundan o toya getməmişdilər.

Bir sözlə, Səfər Əbiyevin sökülən binanın guya ona məxsus olması ilə bağlı açıqlamasını da çox normal qarşılamaq lazımdır ki, onun adını yeri gəldi-gəlmədi hallandırmaq lazım deyil. Düzdür, bəzi mətbu orqanlar bunu çox şişirdərək, ay Səfər Əbiyev hədələdi, ay Səfər Əbiyev qəzəbləndi və sairə kimi başlıq altında vermişdilər, mən isə burda qeyri-adi heç nə görmədim. Bu şəxs çox sakit şəkildə deyir ki, mən bilirəm ki, bu yersiz şayiələri yayanlar kimlərdi, əgər onlar bu hərəkətlərini davam etdirsə, onlara qarşı hüquqi müstvidə addımlar atacaqdır.

Və şəxsən mən çox istərdim ki, ölkənin mühüm postlardından birini tutmuş şəxs kimi Səfər Əbiyev də mütəmadi mətbuat qarşısına çıxıb öz fikirlərini bölüşsün. Bu həm özünə, həm də yersiz şayiələr yaymaqda maraqlı olan qüvvələrə bir tutarlı cavab olardı".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar