"İsmayıllı prosesi" başladı

Xəbər verildiyi kimi, İsmayıllı hadisələrinin təşkilində ittiham edilərək həbsə alınmış Tofiq Yaqublu (Müsavat başqanının müavini), İlqar Məmmədov (ReAL təşkilatının sədri) və digərlərinin məhkəməsi noyabrın 18-ə təxirə salınmışdı.

Musavat.com-un Şəkidən verdiyi məlumata görə, Şəki rayon məhkəməsində keçirilən məhkəmə prosesi artıq başlayıb: "Keşikçi polislər ittiham olunanların valideynlərini qrup-qrup buraxırlar. Hələlik jurnalistlərin məhkəmə salonuna buraxılmasına icazə verilmir. Polislər deyirlər ki, salonda yer qalsa, bizi də buraxacaqlar".

Məhkəmə iştirak etmək üçün Müsavat Partiyasından Arif Hacılı, Elman Fəttah, ReAl təşkilatından isə Natiq Cəfərli və Xalid Bağırov gəliblər.

Bundan başqa, məhkəmədə iştirak etmək üçün təxminən 100-ə yaxın adam toplaşıb. Onların sırasında ittiham olunanların qohumları və Müsavat fəalları var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar