Rusiya şirkətlərinin Asiya bazarına yürüşü də alınmır - "Ən azı 4-5 ay vaxt lazımdır"

Qərbin sanksiyalarına məruz qalmış Rusiya şirkətləri maliyyələşmək məqsədi ilə Asiya istiqraz bazarlarına müraciət ediblər, lakin onlar bu məsələnin həll olunmasını həyata keçirəcək hüquqşünas və sığorta mütəxəssislərinin tapılmasında çətinliklərlə qarşılaşıblar. Bu barədə "Amerikanın səsi"nin verdiyi məlumata görə, ABŞ və Avropa Birliyinin Ukrayna hadisələri ilə əlaqədar sanksiyalar tətbiq etməsi və ruslarla əməkdaşlığı dayandırmasından sonra, Rusiyanın ikinci böyük bankı VTB və “Rosneft” neft nəhəngi də daxil olmaqla, bir neçə iri şirkəti Rusiya hakimiyyətinin Asiyaya tərəf istiqamətlənməsindən məmnun qalmışdılar. Bu və ya digər iş sövdələşmələrinin razılaşdırılmasındakı müvafiq hazırlıq işlərinin aparılması qaydaları üzrə Amerika və Avropa mütəxəssislərinə möhtac qalmağa uyğunlaşan Rusiya şırkətləri, indi onlarla işləmək istəyən hüquqşünas və gərəkli personalın tapılmasında problemlərlə üzləşiblər.

Sanksiyaya məruz qalmış rus şirkətinin nümayəndələrindən biri deyib: ”Əlbəttə, biz sanksiya tətbiq etmiş ölkələrin birində qeydiyyatsız da fəaliyyət göstərən firma tapa bilərik, amma buna xeyli vaxt və eneji sərf olunacaq”.

Rusiyaya qarşı sanksiya tətbiq etmiş ölkələrdə qeydiyyatdan keçən firmalar tərəfindən sanksiyaya məruz qalmış rus şirkətlərinə maliyyə ayırmaq və xidmət göstərmək qadagan olunub. Sənədlərin lazımı qaydada tərtib olunmasına yardım etməkdən ötrü, Avropa Birliyi, Böyük Britaniya və ya ABŞ-da qeydiyyatdan keçməyən hər hansı bir şırkətin tapılması da demək olar ki, mümkünsüz hala gəlib. Yuxarıda qeyd etdiyimiz rus şirkətinin nümayəndəsi əlavə olaraq onu da bildirib ki, ümumiyyətlə sənədlərlə olan problemlərdən əlavə, sanksiyalar altındakı rus şirkətlərinin istənilən adi sorğusu da iki beynəlxalaq firma –“Euroclear” və “Clearstream”-in izni olmadan cavablandırıla bilməz. Adının çəkilməsini istəməyən həmin mənbə bildirib: ”Kim bu cür məhdudiyyətə malik olan sənədi qəbul edər?” “Clearstream”-ın elektron məktubunda yazılır ki, Avropa Birliyi və ABŞ sanksiyalarını pozan firmaların sənədi qəbul olunmayacaq. Mənbə onu da əlavə edib ki, ”Euroclear” sanksiya altındakı rus şirkətlərinə istiqraz verən və Avropa istiqrazları buraxmaq səlahiyyəti olan Asiya şırkətlərinə də xidmət göstərməkdən imtina edir.

Məsələ ilə əlaqədar vəkillik xidməti göstərən “Goltsblat BLP” firmasının əməkdaşı Oleq Xoxlov deyir ki, sanksiyalara məruz qalmış rus şirkətlərinin mövcud vəziyyətə uyğunlaşması üçün ən azından 4-5 ay vaxt lazımdır. Ancaq Xoxlov həmçinin onu da qeyd edib ki, Asiyada baş tutması gözlənilən sövdələşmələr çox çətin ki, iri həcmli olsun.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar